SON DƏQİQƏ
» » Sürüşmə sahəsində vəziyyət necədir? - AÇIQLAMA

Sürüşmə sahəsində vəziyyət necədir? - AÇIQLAMA

Tarix:

2-06-2018, 12:27

/ 10 281 dəfə oxundu.
Sürüşmə sahəsində vəziyyət necədir? - AÇIQLAMA

"Teleqüllə" sürüşmə sahəsi və Buxta küçəsində monitorinq davam etdirilir. Ərazilərdə quraşdırılmış mayaklarda çatlar, proseslərin dinamikasında aktivlik müşahidə edilməyib".

Gunaz.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib.

Ə. Qaralov qeyd edib ki, Abşeron rayonu - Masazır qəsəbəsində "Zəli gölü" adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesi aktivləşib.

скачать dle 12.1

Şərhlər