SON DƏQİQƏ

ISTI SU ŞƏHIDLƏRI YAD EDILDI

Tarix:

27-05-2018, 23:49

/ 10 438 dəfə oxundu.
ISTI SU ŞƏHIDLƏRI YAD EDILDI

Bu gün Lənkəran rayonunun İsti-su qəsəbəsində şəhid Rəsul Qurbanov adına qəsəbə tam orta məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Yayım” Assosiasiyası İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Cənub bölgəsində Qarabağ şəhidlərinin yad edilməsi ilə bağlı tədbirlərin təşkili” layihəsi üzrə ilk görüş keçirildi.

Gunaz.az xəbər verir ki, məktəbin 9-11-ci sinif şagirdləri, qəsəbə gəncləri və şəhid ailə üzvlərinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kamal Əliyev layihənin bu gün üçün aktuallığından danışaraq layihənin müəllifi Yaşar Zeynalova təşəkkürünü bildirdi. “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov layihə haqqında məlumat verərək doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olan oğullarımızın hər zaman anılması və onların xatirəsinin əbədiləşdirilməsinin vacib olduğunu bildirdi. O qeyd etdi ki, Qarabağ müharibəsinin günü-gündən genişləndiyi bir vaxtda xalqın istəyi ilə Azərbaycana rəhbər gətirilən Ümummilli lider Heydər Əliyevin çağrışına səs verərək Qarabağa döyüşə könüllü yollanan minlərlə gəncin içərisində Lənkəranın İstisu qəsəbəsindən olan gənclər də var idi. Bu gün anım tədbirini keçirdiyimiz səkkiz şəhiddən üçü məhz ulu öndərin çağırışına qoşularaq cəhbəyə yollanmış və şəhidlik zirvəsinə ucalmış həmyerlilərimizdir. Yayım Assosiasiyası qəsəbəmizdən olan səkkiz gəncin xatirəsinin əbədi qəlblərdə yaşaması üçün layihə hazırlamış və bu layihə çərçivəsində şəhidlərimizin şərəfinə “İsti-su Şəhidləri” adlı Foto Albom hazırlamışdır. Hesab edirik ki, bu foto albom şəhid ailələrində, qəsəbənin məktəbində, icra nümayyəndəliyində ən parlaq güşədə qorunub saxlanılacaq, gələn qonaqlara və gələcək nəslə qəhrəman oğullarımızın xatirələrinin əbədiləşməsində ən dəyərli vəsaitə çevriləcəkdir. 
Görüşdə iştirak edən şəhid ailə üzvlərinə, qəsəbə məktəbinin direktoruna “İsti-su Şəhidləri” Foto Albomu təqdim edilmiş, məktəbin müəllimi Sadiq Quliyev tərəfindən hazırlanmış Foto slayt nümayiş edilmiş və məktəblilər şəhidlərimiz haqqında seirlər oxumuşlar. 
Assosiasiya tərəfindən məktəblilərə qəhrəmanlıq tarixindən bəhs edən 100 ədəd kitab hədiyyə edilmişdir.
Sonda tədbir iştirakçıları qəsəbədə yerləşən şəhidlər bağına gələrək şəhidlərin abidəsi önünə gül-çiçək qoymuş, abidənin önündə xatirə şəkili çəkmişlər.

ISTI SU ŞƏHIDLƏRI YAD EDILDI

 

ISTI SU ŞƏHIDLƏRI YAD EDILDI

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ