SON DƏQİQƏ
» » “Azərkitab” Kitab Təbliğatı Mərkəzində-RESPUBLİKA GÜNÜ

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində-RESPUBLİKA GÜNÜ

Tarix:

27-05-2018, 23:13

/ 10 757 dəfə oxundu.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində-RESPUBLİKA GÜNÜ

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş tədbir keçirildi.
Gunaz.az bildirir ki, tədbiri giriş sözü ilə açan “Azərkitab” layihəsinin rəhbəri Sabir Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, keçdiyi şərəfli yola nəzər salmış və şərqin ilk demokratik Respublikasının xalqımızın qürur mənbəyi olduğunu xatırlatdı.
Cümhuriyyətin 100 illiyi münasibəti ilə çəkilmiş sənədli film nümayiş etdirildi
Tarix elmləri doktoru, professor, millət vəkili Fəzail İbrahimlinin məruzəsi maraqla dinlənildi.
Daha sonra xalq yazıçısı millət vəkili Elmira Axundova, Türkiyənin Azərbaycandakı səfirliyin mədəniyyət müşaviri İrfan Çiftçi yazıçı Vahid Əziz, şair Yusif Nəğməkar, Azərbaycanı dünya idman arenasında layiqincə təmsil edən, Dünya çempionu Rəsul Çunayev Azərbaycan Xalq Cümhuriyyətinin ilk müsəlman demokratik ölkəsi olaraq, cəmi 23 ay yaşamasına baxmayaraq demokratiyanın nə olduğunu, onun bəşəriyyətə verdiyi əvəzsiz töhvələrini, tarixdə misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırmışlar.

Sonda Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadığı, Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildiyi vurğulandı.
Bildirildi ki, Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunun inkişaf etdirilməsinə, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə, yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdığını və 1991-ci ildə müasir Azərbaycan Respublikasının müstəqilliyinin bərpasına nail olaraq özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.
Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü kimi təntənə ilə qeyd edir.

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ