SON DƏQİQƏ

Əzizə Mustafazadə Xalq artisti oldu

Tarix:

27-05-2018, 21:33

/ 10 521 dəfə oxundu.
Əzizə Mustafazadə Xalq artisti oldu

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xalq artisti fəxri adını almış mədəniyyət xadimlərindən biri də Mustafazadə Əzizə Vaqif qızıdır.

Sevincini özünün "İnstaqram" səhifəsində bölüşən caz ifaçısı göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Əzizə xanımın fəxri ad almasına sevinən pərəstişkarları onu təbrik edib, sosial şəbəkələrdə bu yöndə paylaşımlar ediblər.

Qeyd edək ki, Əzizə xanım dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. 19 dekabr 1969-cu ildə Bakıda anadan olub. Anası Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

скачать dle 12.1

Şərhlər