SON DƏQİQƏ
» » Məşhur futbolçunu 6 illik həbs gözləyir - MAFİYA İDDİASI

Məşhur futbolçunu 6 illik həbs gözləyir - MAFİYA İDDİASI

Tarix:

23-05-2018, 23:10

/ 10 337 dəfə oxundu.
Məşhur futbolçunu 6 illik həbs gözləyir - MAFİYA İDDİASI

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Vinçenzo Yakinta 6 illik həbs oluna bilər.

Gunaz.az xəbər verir ki, o, 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqələr qurduğuna görə ittiham olunur.

Bu iş üzrə 140 şəxsə ittiham irəli sürülüb və onların arasında Yakintanın atası da var. Prokuror sabiq futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.

Qeyd edək ki, Vinçenzo Yakinta 2006-cı ildə İtaliya yığması ilə dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub. (report)

скачать dle 12.1

Şərhlər