Şəhid əsgərin medalı atasına verildi - FOTO

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.

Bu barədə Gunaz.az-a  Müdafiə Nazirliyindən məlumat verilib.

Bu münasibətlə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində şəhid əsgərin 19 il öncə dünyaya göz açdığı ata ocağında Müdafiə Nazirliyinin rəsmilərinin, rayon rəhbərliyinin, hərbi qulluqçuların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından şəhidin ailəsinə, doğmalarına bir daha dərin hüznlə başsağlığı verib, səbir arzulayıb.

 

 

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]