SON DƏQİQƏ
» » Heyvan səsləri ilə riyazi hesabalama aparılır – Azərbaycanda İLK (VİDEO)

Heyvan səsləri ilə riyazi hesabalama aparılır – Azərbaycanda İLK (VİDEO)

Tarix:

22-05-2018, 23:09

/ 10 303 dəfə oxundu.
Heyvan səsləri ilə riyazi hesabalama aparılır – Azərbaycanda İLK (VİDEO)

Sumqayıtda fəaliyyət göstərən uşaq mərkəzi Azərbaycanda ilk dəfə olaraq azyaşlılara heyvan səsləri ilə riyazi hesabalama metododunu tətbiq edib. Ən maraqlısı ondadır ki, uşaqlar bu proqramla 100 misalı 2-5 dəqiqə ərzində səhvsiz hesablaya bilirlər.

Gunaz.az Xezerxeber-ə istinadən bildirir ki, Bu metodun tətbiqi yüksək nəticə verib. Deməli, uşaqlar hər bir heyvan səsini bir rəqəmlə işarələyib, yadda saxlayırlar. Səsləri eşidəndə isə onlara uygun rəqəmləri beynlərində toplayıb nəticə əldə edirlər.

Mərkəzin rəhbəri İradə Xəlilova bildirib ki, bu hesablama metodunun kiçik yaşlı uşaqlara faydası böyükdür. Məqsəd uşaqlarda yaddaş gücünü artırmaqla yanaşı, onlarda dərketmə, qavrama, analiz və sintez, düzgün qərar vermə bacarıqlarının inkişaf etdirməkdir.

Mərkəz bu metodla yaxın vaxtlarda Sumqayıtda keçiriləcək olimpiyadaya qatılacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ