SON DƏQİQƏ
» » Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın – Gülünc açıqlaması

Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın – Gülünc açıqlaması

Tarix:

20-05-2018, 23:45

/ 10 285 dəfə oxundu.
Şəhid verdiyimiz təxribatla bağlı İrəvanın – Gülünc açıqlaması

Son bir həftə ərzində Azərbaycan Silahlı Qüvvələri Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində aktiv mühəndis işləri aparır.
Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan Feysbuk səhifəsində yazıb. O bildirib ki, Azərbaycan Ordusu bunu mövqelərini gücləndirmək niyyəti ilə edir:
“Ermənistan silahlı qüvvələri vaxtaşırı olaraq, o cümlədən son günlərdə xəbərdarlıq edirdi ki, Azərbaycan ordusunun sərhəddə mühəndis-istehkam işləri aparması və digər provokativ fəaliyyəti atəşkəsin pozulmasına və arzulanmaz itkilərə səbəb ola bilər”.
Ovannisyan həmçinin yazıb ki, “destruktiv əməllər” cavabsız qalmır.
Bu gün Ermənistan ordusunun Naxçıvan istiqamətində təxribat əməli törətməsi və Ordumuzun əsgəri Adil Tatarovun şəhid olması xəbərinin ardınca Ovannisyanın bu açıqlamasını "ermənilərin törətdiyi təxribatın səbəbi” kimi də anlamaq mümkündür. Ancaq Ovannisyanın bu bəyanatı qədər gülünc cavab təsəvvür etmək mümkün deyil. Əgər Azərbaycan Ordusu hətta Ovannisyanın dediyi kimi, sərhəddə mühəndis-istehkam işləri görürsə, əsgərlərinin təhlükəsizliyi üçün qoruyucu mühəndis işi aparırsa, bu, necə provokasiya sayıla bilər?
Görünür, başqa heç bir səbəb tapmadıqları üçün Ovannisyan bugünkü təxribatı etiraf etmək qərarına gəlib və əslində, heç bir səbəb göstərməyib, sadəcə, təxribat naminə təxribat törətdiklərini dolayısı ilə yazıb.
Yeri gəlmişkən, qeyd edək ki, bu gün gündüz saatlarında Dağlıq Qarabağda daha bir erməni əsgər – 1999-cu il təvəllüdlü Hamlet Qriqoryan ölüb.
Onun ölüm səbəbi bəlli deyil.(axar.az)
скачать dle 12.1

Şərhlər