SON DƏQİQƏ
» » Nazirlik vəzifəli şəxsi 2000 manat cərimələdi

Nazirlik vəzifəli şəxsi 2000 manat cərimələdi

Tarix:

18-05-2018, 18:45

/ 10 451 dəfə oxundu.
Nazirlik vəzifəli şəxsi 2000 manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Gunaz.az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Bakı Tikinti Materialları” ASC-nin ərazisində istehsalat tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı ASC-nin sahə rəisi Vaqif Qəmbərov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ