SON DƏQİQƏ

Sürücülərin nəzərinə: Bu yollar bağlanır

Tarix:

18-05-2018, 17:50

/ 10 341 dəfə oxundu.
Sürücülərin nəzərinə: Bu yollar bağlanır

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakının Xətai prospektində piyada zolaqlarının və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılacaq.

Gunaz.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu gün sözügedən hissədə saat 22:00-dan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. 

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Həmçinin, aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində bu gecə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq. 

Bununla əlaqədar olaraq sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alterbativ yollardan istifadə etmələri tövsiyə olunur.

скачать dle 12.1

Şərhlər