SON DƏQİQƏ

Xaləddin İsgəndərov vəzifəsindən azad olundu

Tarix:

17-05-2018, 17:29

/ 10 350 dəfə oxundu.
Xaləddin İsgəndərov vəzifəsindən azad olundu

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

Gunaz.az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Yaxın saatlarda onun vəzifədən azad olunması ilə prezident sərəncamının elan olunacağı gözlənilir.

Binəqədi rayonu İcra Hakimiyyətindən xəbərə münasibət bildirmək istəməyiblər.

Qeyd edək ki, Xaləddin İsgəndərov 2012-ci ilin aprelindən Bakının Binəqədi rayonunda icra başçısı işləyirdi. O, sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ