SON DƏQİQƏ
» » Bu əsas küçələrdə hərəkət məhdudlaşdırılır

Bu əsas küçələrdə hərəkət məhdudlaşdırılır

Tarix:

16-05-2018, 20:00

/ 10 324 dəfə oxundu.
Bu əsas küçələrdə hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 16-dan 17-nə keçən gecədən etibarən Təbriz küçəsinin Tələt Şıxəliyev və Əbdüləzəl Dəmirçizadə küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Gunaz.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ