SON DƏQİQƏ
» » Paşinyanın ilk çıxışına politoloqdan – Şərh

Paşinyanın ilk çıxışına politoloqdan – Şərh

Tarix:

8-05-2018, 18:17

/ 10 278 dəfə oxundu.
Paşinyanın ilk çıxışına politoloqdan – Şərh

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir kimi parlamentdəki ilk çıxışında Qarabağ haqqında danışdı. Əsas tezisi də ondan ibarət idi ki, ermənilərin qondarma respublikası olan "Dağlıq Qarabağ Respublikası" danışıqların tərəfi olmalıdır. Əlavə etdi ki, bu məsələ Minsk qrupunun sənədlərində öz əksini tapıb.

Gunaz.az xəbər verir ki, bunu politoloq Azər Qasımlı deyib.

Politoloqun sözlərinə görə, Paşinyan bilməlidir ki, Qarabağı heç bir dövlət tanımayacaq: “Əgər özlərinə güvənirlərsə, elə birinci özləri Qarabağın müstəqilliyini tanısınlar. Boş bəyanatlar verməklə Azərbaycanı qorxuda bilməyəcəklər.

Paşinyan onu da bilməlidir ki, onların bu günki inqilabı 2016-cı ilin aprel döyüşlərinin nəticəsidir. Məhz 2016-cı ilin aprelində ermənilərin Rusiyaya olan güvəni sarsıldı. Beləliklə, Ermənistan Rusiyanın nəzarətindən çıxaraq Qarabağla birgə Qərbə inteqrasiya edə bilməyəcək. Hər bir halda Azərbaycanla anlaşmaq məcburiyyətindədirlər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ