SON DƏQİQƏ

Ucqar kənddə yazıçını necə qarşıladılar?

Tarix:

8-05-2018, 15:09

/ 10 623 dəfə oxundu.
Ucqar kənddə yazıçını necə qarşıladılar?

Hər bir yazıçı və ya elm adamının rayonlara, hətta ucqar kəndlərə gedib görüşlər təşkil etməyi vacib məsələlərdən biridir. Məsələn, Naxçıvanda Ali Məclisin Sədri Vasib Talıbovun yaratdığı şərait bir yenilikdir: Hər bir kənddən və ya rayondan olan alim, institut müəllimi, yazıçı ayda bir dəfə doğulub boya-başa çatdığı yerdə şagirdlər qarşısında mühazirə söyləməlidir. Bu məsələ bütün bölgələrdə tədbiq edilməlidir.

 Tanınmış yazıçı Varisin Qobustan rayonunun ucqar bir kəndındə öz oxucuları ilə görüşü təşkil olunması da təqdirəlayiq olmalıdır. Bu çox fərəhverici idi , çünki hər bir oxucu yazıçı ilə üz-üzə oturub istədiyini sual-cavab edir və dünyagörüşlu yazıçıdan etik davranış, gələcək həyatlarında müsbət rol oynayan  bilmədiklərini öyrənirdilər.

  Qobustan rayonu R. Babaşov adına Cəmcəmli kənd tam orta məktəbində görüşü keçirilən  tanınmış yazıçı, jurnalist, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan “Qızıl kəlmə” Ali Ədəbiyyat mükafatı laureatı Varisin görüşünün təşkilatçısı Zöhrə Əzizova və məktəbin rəhbərliyi, kollektivi yazıçını çox səmimi qarşıladılar.

 Tədbiri giriş sözü ilə məktəbin direktoru Ziyafət Bayramova açaraq, yazıçının yaradıcılıq yolundan danışdı.

 Söz hörmətli yazıçıya verildi.  O, tədbir iştirakçılarını öncə salamladı və keçirdiyi ədəbi yoluna qisaca nəzər saldı: “Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm, “168 saat”  qəzetində baş redaktor kimi fəaliyyətə başlamış,  1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının “ Gecə kanalı” proqramının yaradıcılarından biri olmuşam.

 Azərbaycanda və xarici ölkə mətbuatında yüzlərlə məqalələrim , hekayələrim və kitablarım tərcümə olunaraq  dərc olunub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələrim “Ulduz” jurnalında dərc olunub”.

 Sonra yazıçını geniş oxucu kütləsinə tanıtdıran “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Yetmiş yeddinci gün”, “Əzilmiş fotoşəkillər”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Uzaqdan gələn yağış ” və s. əsərləri  oxucular tərəfindən çox sevildiyi  yazıçının nəzərinə çatdırıldı.

 Oxuculardan məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Bayramov “168 saat” qəzeti ilə bağlı yazılardan, Zöhrə Əzizova “Bir ovuc torpaq”, Tural Nadirov “Üçbucaq”, Gülşən Babaşova “Uzaqdan gələn yağış ” romanlarından sitatlar gətirdilər və rəylərini bildirdilər.

 Mən isə vaxtı ilə “168 saat” qəzetində dərc olunan silsilə yazılardan söz açaraq hələ yazıçının yazdığı romanları bu qəzetdən izlədiyimi bildirdim.

 Oxucu Kəmalə Salamova belə görüşlərin rayonun başqa bölgələrdə də keçirilməsini xahiş etdi.

 Oxuculardan Yaqut Baxşəliyeva və Hədiyyə Abıyeva da yazıçının yeni yaradıçılıq planları haqqında məlumat aldılar.

Görüş romanlarda olan maraqlı hadisələrin necə yarandığı, cərəyan etməsi ilə bağlı sual-cavabla davam etdirildi

 Bu görüşün təşkilinə görə yazıçı Varis Yolçuyev və onun yaxın dostu “Azad Azərbaycan” qəzetinin redaktoru Bilman Allahverdiyev məktəbin kollektivinə öz minnətdarlıqlarını bildirdilər.

 Sonda yazıçı Varis Yolçuyevə məktəbin kollektivi adından xatirə diplomu verildi.

 Müəllif məktəbin kitabxanasına kitab hədiyyə etdi və oxucularının kitablarına öz imzasıyla xoş arzularını bildirdi.

                                      

 Gunay Bayramlı

Məktəbin müəllimi

 

 

           

Ucqar kənddə yazıçını necə qarşıladılar?

 

 

Ucqar kənddə yazıçını necə qarşıladılar?

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ