SON DƏQİQƏ
» » "Turan Araşdırma Mərkəzi" Qaraçaylarla bir arada

"Turan Araşdırma Mərkəzi" Qaraçaylarla bir arada

Tarix:

7-05-2018, 21:36

/ 10 701 dəfə oxundu.
"Turan Araşdırma Mərkəzi" Qaraçaylarla bir arada

Qaraçaylar qəhrəman xalqdır, onlar uzun onilliklər boyu Qafqazı və buradakı xalqları əsarət altına almağa can atan rus çarlarının işğalçılıq siyasətinə qarşı şücaətlə vuruşublar.

1828-ci ildə böyük hərbi və əsgəri üstünlüyə malik olan ruslar qaraçayların tarixi torpaqlarının böyük bir hissəsini ələ keçirə biliblər. Həmin tarixdən 1862-ci ilə qədər qaraçaylar çərkəzlərlə birlikdə ruslara qarşı ölüm-dirim mücadiləsinə qalxıblar. 1864-cü ildə ruslar qaraçayların sonuncu silahlı istinad məntəqəsini ələ keçirəndən sonra qaraçay ailələrinin böyük bir qismi Türkiyə ərazisinə köç edib. Bu gün qaraçayların 2 5 mini Türkiyədə, 10 minə yaxını Suriyada, bir neçə mini də ABŞ-da məskunlaşıb.

1917-ci il oktyabr bolşevik inqilabından sonra Qafqazdakı başqa xalqlar kimi qaraçaylar da qısa bir müddətə müstəqillik əldə etdilər. Lakin istiqlalın ömrü çox qısa oldu. Belə ki, bir müddət sonra Ağ ordu Qafqazdakı kiçik müstəqil dövlətləri qan içində boğdu. Ağ qvardiyaçı zabitlərinin dalınca bölgənin artıq “Qırmızı Qızıl Ordu” tərəfindən yeni, daha amansız, daha qəddar işğalı başlandı. Qaraçay-Balkar vilayəti Sovet dövlətinin tərkibinə daxil edildi. 1921-ci ildə Rusiya Fedderasiyasını tərkibində yaradılmış Dağlı Respublikasının tərkibində qaraçay və balkar mahalları da vardı. 1926-cı ildə mərkəzi Karaçayevck şəhəri olan Qaraçay muxtar vilayəti təşkil olundu. Çerkesk şəhəri mərkəz seçilməklə isə Çerkez mahalı yaradıldı, faktiki olarq qaraçay əhalisi bu iki inzibati ərazi arasında ikiyə bölündü. 1942-ci ildə alman qoşunları Qaraçay torpaqlarına daxil oldular, onlar burada yerli əhali tərəfindən ciddi müqavimətə rast gəlməmişdilər. Almanlar Qaraçay ərazisində beş ay qaldılar. 1943-cü ilin sonlarına qədər qaraçaylar almanlarla birgə sovet qoşunlarına qarşı vuruşdular. Bu arada onlar bütün Qafqazda Sovetlər əleyhinə hərəkata rəhbərlik edirdilər. Bu döyüşlərdə əhalinin böyük bir qismi məhv olmuşdu.

1943-cü ilin yanvarında sovet qoşunları bu əraziləri almanlardan geri aldılar. Kreml qaraçayları almanlarla əməkdaşlıqda suçlayaraq 1943-cü il noyabrın 2-də bütöv bir xalqı zorla Qazaxıstana sürgün etdirdi.

Sürgün edilən 69267 qaraçaylardan 53.9 faizi uşaq 28.1 faiz qadın 18 faizi yaşlı və invalidlər idi, çünki sürgün olunanların həmin zaman oğulları qardaşları ərləri alman faşistlərinə qarşı müharibədə döyüşürdülər. Sürgün zamanı 43247 nəfər dözülməz şərait üzündən yollarda həlak olub, onların əksəriyyəti uşaqlar idi.

 Həmin ilin 8 martında isə balkarlar Qırğızıstana sürgün edildilər. 

Sürgün illəri də olduqca ağır məhrumiyyətlə dolu idi. Qeyd edək ki, sürgündən əvvəl minlərlə qaraçaylı Sovet ordusunun sıralarında alman faşistlərinə qarşı vuruşurdu. Heç bir günahı olmayan həmin əsgər və zabitləri də həbs edərək həbsxanalara atdılar. Qaraçay torpaqları sahibsiz qaldıqdan sonra həmin ərazilər Gürcüstanın inzibati ərazisinə verildi. Qaraçay torpaqlarında etnik svanlar və ermənilər yerləşdirildi. 14 il sürgündə qaldıqdan sonra, nəhayət 1956-cı ildə başqa repressiya qurbanları kimi, qaraçay xalqına da bəraət verildi. Nəhayət 3 may 1957-ci ildən qaraçay türkləri öz dədə-baba torpaqlarına qayıtmağa başladılar. İndi hər il 3 may qaraçay türklərinin "Dirçəlişi Günü" kimi qeyd edilir. 1926-cı ildə olduğu kimi, yenidən Qaraçay-Çərkəz vilayəti yaradıldı. Bundan sonra qaraçaylar öz tarixi torpaqlarına qayıtmağa başladılar. Qaraçay-Çerkes vilayəti 3 iyul 1991-də RF-nın tərkibində yenidən muxtar respublika oldu. 2002-ci il siyahıyaalınmasına görə, Qaraçay-Çərkəzin əhalisi 739 min nəfər olmuşdur. Bunun 170 min nəfəri qaraçaylar (70 faiz), 11,4 min nəfəri çərkəzlər, qalanları isə rus və başqa millətlərdən olan insanlar idilər. Sovet dövrü qapadılmış məscidlər yenidən açılmış, çoxlu sayda yeni məscidlər ucaldılmışdır. Qaraçay və balkar xalqları bu gün Qafqazda Rusiya Federasiyasının tərkibində olan Qaraçay- Cərkəz və Kabarda -Balkar adlarını daşıyan iki ayrı muxtar respublikarın ərazisində yaşayırlar. 2005-ildə qaraçayların sayı 219 min, balkarların sayı 113 min nəfər olmuşlar. Qaraçay xalqı son illər ərzində elm, təhsil mədəniyyət sahələrində böyük uğurlar əldə etmişdir. Həsən Appayev, Həlimət Bayramukova, Yusif Kapakebov və s. məşhur şair və yazıçılar bu torpağın mərd, igid insanlarını böyük coşqu ilə vəsf ediblər. Qaraçay alimləri elmin bir sıra sahəsində bir çox uğurlara imza atıblar. Qaraçaylar məşhur idmançıları ilə də fəxr edə bilərlər. Məsələn, sərbəst güləşçi Renat Akbayev beşqat dünya çempionudur. Yuxarıda qeyd etdiyimiz kimi, 2 noyabrda Qaraçay xalqının Qazaxıstana deportasiya edilməsinin 60 ili tamam olur. Bu dəhşətli tarixi ədalətsizliyin ağır yaraları təbii ki, tam sağalmayıb.

"Turan Araşdırma Mərkəzi"nin əməkdaşları Qaraçayların dirçəliş günü olan 3 mayda onlarla bir araya gələrək bayram əhval-ruhiyyəsində milli adət ənənələrini bir yerdə qeyd etmişlər.

Qaraçaylar haqqında bu yazını dünya şöhrətli rus yazıçısı Lev Nikolayeviç Tolstoyun sözləri ilə bitirmək istəyirəm: “Qaraçaylar Elbrusun ətəyində yaşayan sədaqətli, yaraşıqlı və cəsarətli insanları ilə fərqlənən azad xalqdır”.

скачать dle 12.1

Şərhlər