SON DƏQİQƏ
» » WhatsApp-ı çökdürən virus yayılır - Ehtiyatlı olun

WhatsApp-ı çökdürən virus yayılır - Ehtiyatlı olun

Tarix:

6-05-2018, 22:02

/ 10 318 dəfə oxundu.
WhatsApp-ı çökdürən virus yayılır - Ehtiyatlı olun

"WhatsApp" istifadəçiləri smartfonlarının işində problem yaradan virusdan şikayət edirlər.

Gunaz.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə MensXP məlumat yayıb.

Virusun müəllifləri "xeyirxahlıq" göstərərək istifadəçiləri "tələ" barədə əvvəlcədən xəbərdar edirlər. Buna baxmayaraq, "tələ"yə düşənlər tapılıb.

Viruslu məlumatda bildirilir: "Əgər bu düymənin üzərinə bassan, sənin "WhatsApp"ın bir müddət çokəcək". Sonra bir neçə boşluq və "bura basma" yazısı gəlir.

MensXP bildirir ki, əslində boşluqda simvollar gizlədilib və onun üzərinə basanda qadjetin işində problem yaranır. Problemı aradan qaldırmağın isə yolu çox sadədir: smartfonu söndürüb, yandırmaq lazımdır.

скачать dle 12.1

Şərhlər