SON DƏQİQƏ

Tvitterdən XƏBƏRDARLIQ - Parolları dəyişin

Tarix:

4-05-2018, 13:49

/ 10 397 dəfə oxundu.
Tvitterdən XƏBƏRDARLIQ - Parolları dəyişin

Tvitter korporasiyası istifadəçilərinə müraciət edərək hesab şifrələrini dəyişdirmələrini məsləhət görüb.

Gunaz.az  xəbər verir ki, bu barədə Tvitter rəsmi səhifəsındə yazan rəhbərlik şəbəkədə istifadəçilərin şifrələri və gizli saxlanması gərəkən materiallar kodlaşdırılmadığı üçün sistemi yeniləyib:

"Bizim istifadəçilərin sistemə yazdığı şifrələr işçilərimizin də bilmədiyi kodlarla şifrələnir. Lakin sistemdə yaranan texniki problemlərdən dolayı bir qrup istifadəçinin şifrə və şəxsi məlumatları açıq qaldığı üçün hesablarına müdaxilə edilə bilmə riski var. Biz yaranan səhvi düzəltdik. Xahiş edirik ki, həm şirkət nüfuzuna xələl gəlməməsi, həm də istifadəçilərimizin şəbəkədən tam təhlükəsiz istifadə edə bilməsini təmin etmək üçün hesab şifrələrini yeniləsinlər"

Xatırladaq ki, 2017-ci ilin sonunda aparılan statistikaya görə, Tvitter şəbəkəsinin 330 milyondan çox aktiv istifadəçisi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ