SON DƏQİQƏ
» » Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi

Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi

Tarix:

1-05-2018, 14:12

/ 10 429 dəfə oxundu.
Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi

Milli Məclisdə “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Dövlət Gerbinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. 

Gunaz.az  xəbər verir ki, hər üç sənəd barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu dəyişikliklər mühümdür, çünki Konstitusiya qanunları ilə tənzimlənir. 

Qeyd edək ki, təklif olunan dəyişikliklərə görə, dövlət bayrağının rəngləri “Pantone” rəng kataloqunda aşağıdakı kodlara uyğun olmalıdır:

  • Mavi – Pantone 306C
  • Qırmızı - Pantone Red 032 C
  • Yaşıl – Pantone 362C

Dövlət gergibinin rəng çalarları:

  • Alovun qırmızı rəngi - Pantone Red 032C
  • Palıd budaqlarının yaşıl rəngi - Pantone 7729C
  • Sünbüllərin sarı rəngi - Pantone 7548C
  • Qızılı elementlərin rəngi - Pantone 111C 

Hər üç qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ