SON DƏQİQƏ
» » Bu adamların gözü ancaq gecələr görür - Aygözlülərin sirri - FOTOLAR

Bu adamların gözü ancaq gecələr görür - Aygözlülərin sirri - FOTOLAR

Tarix:

29-04-2018, 13:33

/ 10 334 dəfə oxundu.
Bu adamların gözü ancaq gecələr görür - Aygözlülərin sirri - FOTOLAR

Hindu əfsanələrində qədim zamanlarda yaşayan solğun dərili, aygözlü insanlardan bəhs olunur. Onların Amerikada bir sıra qədim tikililəri inşa etdikləri bildirilir.

Teleqraf.com-un məlumatına görə, aygözlülər haqqında əfsanənin əsasən qədim hindu tayfası olan çerokluların arasında yayıldığı bildirilir. XVI əsrdə Çeroklar Alabama, Corciya, Kentukki, Şimali Karolina, Cənubi Karolina, Tennessi və ABŞ-ın cənubundakı Virciniya əyalətlərinin ərazilərində məskunlaşıblar.

Çerok tayfasının mənşəyi həmişə alimlər arasında kəskin fikir ayrılığına səbəb olub.

Bəzi fərziyyələrə görə, Çerok dili irokez dil qrupuna aiddir və çeroklar digər irokez tayfalarının yaşadığı şimal bölgələrdən olan Cənubi Appalaçiyada məskunlaşıblar.

Başqa bir fərziyyəyə görə isə, Çeroklar min illər öz ərazilərində yaşayıblar.

Onlar əvvəldən ağdərili köçkünlərlə (immiqrantlarla) xüsusi əlaqələr qurublar .

Çerokiler Krikler, Çoktavlar, Çikasolar və Seminollarla birlikdə "beş mədəni qəbilə"nin tərkibində olub. Onlar 19-cu əsrin əvvəllərində ağ insanların bir çox adət-ənənələrini və nailiyyətlərini qəbul edərək, onlarla kifayət qədər yaxşı münasibətlər qurublar. Xüsusən öz əfsanələrinə əsasən, sanki bir zamanlar appalaçilər və çeroklar yaşayan torpaqlardan qovulmuş solğun dərili, ay gözlülərə diqqət edirdilər.

Amerikalı botanik, həkim və təbiətşünas Bencamin Smit Barton 1797-ci ildə öz kitabında Çeroklar haqqındakı əfsanələrə ayrınlıq gətirib. Bildirib ki, onlar gündüz yaxşı görməyib, əksinə qaranlıqda daha yaxşı, aydın gördüklərinə görə aygözlülər adlandırılıblar. Bununla da onlar başqa hind xalqlarından fərqlənib.

 

скачать dle 12.1

Şərhlər