SON DƏQİQƏ

Bakı polisi polşalı turisti sevindirdi

Tarix:

29-04-2018, 08:56

/ 10 233 dəfə oxundu.
Bakı polisi polşalı turisti sevindirdi

Bakıda sənədləri və pul kisəsi itən polşalı turistin əşyaları polislər tərəfindən tapılaraq sahibinə qaytarılıb.

“Qafqazinfo” xəbər verir ki, Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün ölkəmizə turist kimi gələn Polşa vətəndaşı Koçot Morius polisə müraciət edərək içərisində ona məxsus pul kisəsini və sənədləri itirdiyini bildirib.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib ki, turist pul kisəsini tanışları ilə birgə qaldığı otelə gedən zaman taksidə unudub.   

Həmin taksi sürücüsünün şəxsiyyəti tez bir zamanda müəyyənləşdirilib. Sürücü ilə əlaqə yaradılıb və o, turistin pul kisəsini könüllü şəkildə Polis Şöbəsinə gətirərək təhvil verib.

скачать dle 12.1

Şərhlər