SON DƏQİQƏ

Formula 2 qalibi: "Bakı məni..."

Tarix:

28-04-2018, 17:01

/ 10 319 dəfə oxundu.
Formula 2 qalibi: "Bakı məni..."

Bakıda Formula 2-nin birinci yarışının qalib pilotları mətbuat konfransı keçirib. Trend-in məlumatına görə, pilotlar yarış haqqında təəssüratlarını bölüşüb və sabahkı yarış haqqında gözləntilərini açıqlayıblar.

Gunaz.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Formula 2-nin birinci əsas yarışının qalibi "DAMS" komandasının tailandlı pilotu Aleksandr Albon yarışa yaxşı hazırlaşdığını diqqətə çatdırıb: “Mən yarışa hazır idim, Bakı məni məyus etmədi və mən finişə birinci çatmağı bacardım. Yarış gərgin keçdi, bəzi anlarda yolda sıxlıq yarandı, o cümlədən yarış zamanı bəzi pilotlar səhvlərə yol verdilər və bu da hərəkətə çətinlik yaratdı”.

A.Albon sabahkı mübarizənin daha gərgin keçəcəyini bildirib: “Sabah havanın küləkli olacağını da nəzər alaraq diqqətli olmalıyıq. Sabah küləkli havada vəziyyəti düzgün qiymətləndirməli və sürətə dəqiq nəzarət etməliyik”.

İkinci yerin qalibi "ART Grand Prix"dən böyük britaniyalı Cek Aitken 1-ci dəfə Bakıda bu yarışda iştirak etdiyini bildirib. O qeyd edib ki, mübarizə gərgin idi və bü gün xeyli qəzalar baş verdi: “Lakin sabah havanın da küləkli olacağını nəzərə alaraq daha diqqətli olmalıyıq. Həm də sabah iştirakçılar qalib gəlmək üçün daha gərgin mübarizə aparacaqlar”.

Üçüncü yerin qalibi "Charouz Racing System"in italiyalı pilotu Antonio Fuoko qalib gəldiyi üçün sevinsə də, qəzaların çox olmasından şikayətlənib. O pilotların daha diqqətli olmasını vacib hesab edib: “Yarışlar yaxşı və gərgin keçdi, ancaq qəzalar çox oldu. Bir tərəfdən yer tutduğuma görə sevinirəm, ancaq qəzaların çox olması yaxşı hal deyil. Sabahkı yarışda daha diqqətli olmalıyıq”.

Qeyd edək ki, sabah aprelin 29-da Bakıda Formula 2-nin ikinci əsas yarışı baş tutacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ