Bakıda böyük söküntü qərarı: Gələn aydan başlanır - Video

Hazırda "Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq.
Gunaz.az xəbər verir ki, bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib.
Onun sözlərinə görə, bu il "Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.
"Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılacaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, - deyə Abid Şərifov qeyd edib.
Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.
скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]