SON DƏQİQƏ

BDU müsabiqə elan etdi: 200 manat mükafat

Tarix:

18-04-2018, 23:17

/ 10 632 dəfə oxundu.
BDU müsabiqə elan etdi: 200 manat mükafat

Bakı Dövlət Universiteti (BDU) təsis edilməsinin 100 illiyi münasibətilə “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edib.

Kult.az xəbər verir ki, müsabiqənin şərtlərinə əsasən, loqonun dizaynı özündə universitetin 100 illik fəaliyyətinə dair elementləri əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən loqotiplər təqdim olunmalıdır. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib şəxs 200 manat məbləğində pul ilə mükafatlandırılacaq.

Müsabiqədə fərqlənən digər loqoların müəllifləri universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə sərgilənəcək.

Layihə təkliflərini 2018-ci ilin 30 sentyabr tarixinədək [email protected] elektron poçtuna göndərə bilərsiniz.

скачать dle 12.1

Şərhlər