SON DƏQİQƏ
» » Xalq “Məhsul”da daha bir şounu və rüsvayçılığı izlədi

Xalq “Məhsul”da daha bir şounu və rüsvayçılığı izlədi

Tarix:

14-04-2018, 19:10

/ 10 248 dəfə oxundu.
Xalq “Məhsul”da daha bir şounu və rüsvayçılığı izlədi

“Milli Şura” iki həftəlik fasilədən sonra “Məhsul” stadionunda növbəti mitinqini keçirdi. Əminliklə demək olar ki, xalq “Məhsul”da daha bir şounu və rüsvayçılığı izlədi. Milli Şura özünü növbəti dəfə rüsvay etdi.

Bakı Şəhər Baş Polis İdarəsinin açıqladığı məlumata görə, mitinqdə Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. Bu, rüsvayçılıq və biabırçılıq deyilmi? Çünki, gündən-günə kiçilirlər, gün gələcək, tamamilə yoxa çıxacaqlar.

“Milli Şura”nın martın 31-də keçirilən mitinqində isə 1500 nəfər iştirak etmişdi. Bu hesabla, Milli Şuraya tamamilə yoxa çıxmaq üçün maksimum 1-2 ay kifayət edəcək.

Doğrudanmı, “Milli Şura” rəhbərliyinin – Cəmil Həsənli və Əli Kərimlinin biabır və rüsvay olmaq, özlərini ifşa etmək üçün hər dəfə “Məhsul”a ayaq döymələrinə ehtiyac var? Axı bunun üçün o qədər insanı məşğul etməyə ehtiyac yoxdur.

Bəli, Əli Kərimli və Cəmil Həsənli başda olmaqla, “Milli Şura” rəhbərliyi rüsvayçılıq və biabırçılığı növbəti dəfə özlərinə rəva gördülər. Əli Kərimli, Cəmil Həsənli və digərləri üçün bu rəqəmlər hər şeyi deyir. Ölkənin əsas müxalifəti roluna iddia edən bu insanlar günlərdir insanları mitinqə çağırır, lakin bu çağırışa yalnız 1000 insan səs verir. “Milli Şura”nın radikal dindarlarla birgə fəaliyyətin təşkili məqsədilə vahid koordinasiya mərkəzi yaratması dərdlərinə çarə olmadı. Ölkədə qarşıdurma yaratmağa çalışan “Milli Şura” və “cihad” arzusunda olan radikal dindarlar Azərbaycan hakimiyyətindən ölkədəki sabitliyə görə, Azərbaycan xalqından isə onları daim müxalifətdə saxladığına, ciddi siyasi qüvvə hesab etmədiyinə görə qisas almaq istəyirlər. Bəli, “Milli Şura” və radikal dindarların başlıca hədəflərindən biri Azərbaycan xalqı ilə hakimiyyət arasında gərinlik yaratmaq, ölkəni döyüş meydanına çevirməkdir.

Anlayırlar ki, sivil yolla mübarizə aparmaq onların işi deyil. Xalqın gözü tərəzidir və bu, aprelin 11-də keçirilən seçkilərdə də sübut edildi. Xalq sabitliyə, inkişafa və gözəl gələcəyə səs verdi. Azərbaycan xalqı bir daha sabitliyə, təhlükəsizliyə və tərəqqiyə səs verdiyini isbatladı. Ölkəmizdə mövcud vəziyyəti dəyişib buranı rəngli inqilablar arenasına çevirmək istəyənlərin arzusu gözündə qaldı. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərinə qayıtmaq istəmirlər və ona görə də Əli Kərimli və Cəmil Həsənli ilə “Məhsul”da bir yerdə deyillər.

Əli Kərimli sosial şəbəkədəki hesabından insanlara ənənəvi çağırışlar edir, hər növbəti mitinqin daha fərqli olacağını bildirirdi. Lakin "Milli Şura" yarandığı gündən ssenarisi dəyişməyən mitinq-şoularda yenə də eyni havanı çalıb oynadı. Seçkiləri boykot edərək mitinqlərin sayını artırmağa çalışan "Milli Şura" bununla sivil mübarizə aparmaq bacarığının olmadığını bir daha sübut etdi. Hər halda, seçkilərdə iştirak da onlara ayrı bir rüsvayçılıq gətirərdi. Özləri də çox yaxşı bilirlər ki, seçkilərdə onlara elə təxminən bu gün mitinqdə iştirak edənlərin sayı qədər insan səs verəcəkdi.

"Milli Şura” hesab edirdi ki, indiyədək ictimaiyyətə sırımaq istədikləri "boykot" taktikası artıq öz işini görüb və insanlar mitinqə gəlməklə seçkilərin nəticələrinə etirazlarını bildirəcəklər. Amma bu olmadı, indiki mitinq əvvəlkilərdən zəifliyi ilə fərqləndi. Onların seçkilərlə bağlı danışmağa sözü də yox idi. Seçkiləri izləyən bütün beynəlxalq müşahidə missiyaları seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan etdilər. ATƏT-in müşahidə missiyasının hesabatına gəlincə, onların açıqladığı hesabatın bir ay müddətində müşahidə olunanla, dünən mətbuat konfransında açıqlanan məlumatla heç bir əlaqəsi yox idi və həmin hesabat əvvəlcədən hazırlanmışdı. Bu fikirlər isə məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə Missiyasının siyasi məsələlər üzrə köməkçisi Vüqar Əhmədova aiddir.

Bu anti-milli ünsürlər seçkilər ərəfəsində aktivləşdilər. Azərbaycanda ictimai-siyasi mühitin normal olması təbii ki, yerli və xarici anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi. Lakin Azərbaycan xalqı hər şeyi çox yaxşı anlayır və anti-Azərbaycan qüvvələrin, onların əlaltılarının çirkin niyyətlərini həyata keçirməyə imkan verməyəcək. Azərbaycan xalqı heç vaxt bu qüvvələrin çağırışlarına cavab verməyəcək və elə “Məhsul”da onların yoxa çıxmasını izləyəcək.

Mitinqə “ümumxalq” xarakteri verilməsi gəlincə, görünür, Əli Kərimli və onun tərəfdarları "Feysbuk"dakı saxta profillərində olan insanları nəzərdə tuturmuş. Yenə də çürümüş ibarələr, şablon ifadələr, şər üzərində qurulmuş çağırışlar və şizofrenik ittihamlardan sonra radikalların daha bir fiaskosu başa çatdı.

скачать dle 12.1

Şərhlər