SON DƏQİQƏ
» » İlham Əliyev qələbəsini xalqla birgə qeyd etdi

İlham Əliyev qələbəsini xalqla birgə qeyd etdi

Tarix:

13-04-2018, 22:19

/ 10 465 dəfə oxundu.
İlham Əliyev qələbəsini xalqla birgə qeyd etdi

Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə ötən gün Heydər Əliyev mərkəzinin qarşısında konsert proqramı təşkil olunub. Prezident İlham Əliyev və onun ailə üzvlərinin də iştirak etdiyi tədbirdə ,dövlət başçısıçıxış edərək Azərbaycan xalqına ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Gunaz.az xəbər verir ki, Heydər Əliyev mərkəzinin qarşısında keçirilən tədbirdə prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva vəailə üzvlərini də iştirakı edib.

Tədbirdə çıxış edən dövlət başçısı ona göstərilən böyük etimada görə Azərbaycan xalqına təşəkkürünü bildirərək bunun Azərbaycandakı sabitliyə və inkişaf verilən ən böyük qiymət olduğunu bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövlətininsiyasətinin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Gücünü xalqın dəstəyindən aldığını deyən prezident İlham Əliyev bundan sonra da müstəqil Azərbaycanın daha da güdrətli bir dövlətə çevrilməsi üçün çalışacağını bildirib.

Prezident İlham Əliyev xüsusi ilə gənclərə səslənərək Azərbaycanın gələcəyinin onların əlində olduğunu bildirib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ