SON DƏQİQƏ

MSK seçkinin ilkin nəticəsini açıqladı

Tarix:

11-04-2018, 23:40

/ 10 299 dəfə oxundu.
MSK seçkinin ilkin nəticəsini açıqladı

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Gunaz.az xəbər verir ki, M.Pənahov hazırda 2667220 bülletenin sayıldığını bildirib. İlkin nəticələrə görə, YAP-ın namizədi İlham Əliyev 86.09 faizlə liderlik edir.

Digər namizədlərin topladığı səslər belədir:

Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) – 3.4%

Zahid Oruc (müstəqil) – 3.07%

Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) – 2.97 %

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) – 1.51 %

Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) – 1.4 %

Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) – 1.18 %

Razi Nurullayev ("Cəbhəçilərin təşəbbüs qrupu") – 0.74%

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ