SON DƏQİQƏ

Azərbaycanda “sükut günü”dür

Tarix:

10-04-2018, 06:00

/ 10 328 dəfə oxundu.
Azərbaycanda “sükut günü”dür

10 aprel Azərbaycanda prezident seçkiləri ilə bağlı sükut günüdür.

Gunaz.az xəbər verir ki, bu gün yerli KİV-də bütün növ seçkiqabağı təşviqat, həmçinin partiya tədbirləri və mitinqlər qadağan olunur. Eyni zamanda, səsvermə günü də saat 21:00-dək (sonuncu seçki məntəqəsi bağlananadək) təşviqat aparmaq olmaz.

Sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, prezidentlik uğrunda 8 nəfər - İlham Əliyev, Zahid Oruc, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Hafiz Hacıyev, Fərəc Quliyev, Razi Nurullayev, Sərdar Cəlaloğlu mübarizə aparacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ