SON DƏQİQƏ

İmtahanın nəticələri açıqlandı

Tarix:

2-04-2018, 17:50

/ 10 298 dəfə oxundu.
İmtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

DİM-dən Gunaz.az-a verilən məlumta görə, hər bir namizəd qurumun internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib. 1 namizəd imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 631 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 84 bal olub.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ