SON DƏQİQƏ
» » Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Tarix:

30-03-2018, 12:13

/ 10 284 dəfə oxundu.
Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin neçə gün davam edəcəyi açıqlanıb.

Gunaz.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında deyib ki, bu gün gün ərzində ölkə ərazisində şimal-qərb küləyi əsəcək.

 

Onun sözlərinə görə, hazırda əsən küləyin martın 31-i gündüz saatlarından başlayaraq tədricən mülayimləşməsi gözlənilir: "Sabah ölkə ərzisində mülayim şimal-şərq küləyinin əsəcəyi gözlənilir".

 

Mütəxəssis bildirib ki, martın 30-31-də havanın temperaturu 5-10 dərəcə aşağı enəcək: "Bu gün və sabah hava şəraitinin paytaxt Bakıda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sabah gündüz saatlarından başlayaraq havanın temperaturu nisbətən yüksəlməyə başlayacaq".

 

G.Məmmədova qeyd edib ki, aprelin 1-dən etibarən hava şəraiti sabitləşəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ