Qadın xalatı geydi ki, tanımasınlar...

Salyan şəhərində silsilə oğurluq edən rayon sakini saxlanılıb.

ONN media xəbər verir ki, Təbriz Xəlilbəyli küçəsi, ev 44-də qeydiyyatda olan 1996-cı il təvəllüdlü Həsənov Əliağa Rövşən oğlu, şəhər sakini Tağıyev Mahmud Alıkişi oğlunun həyətindən 200 manat dəyərində bir baş xırdabuynuzlu heyvan oğurlayan zaman polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

İlkin dindirilmə zamanı məlum olub ki, Ə.Həsənov bu il yanvarın 7-də Arbatan kənd sakini İmanov Vüqar İlqar oğlunun həyətindən dəyəri 350 manat olan “Volf” markalı velosiped, fevralın 7-də Arbatan kənd sakini Feyzullayev Feyzulla Səmədağa oğluna məxsus 350 manat dəyərində 1 baş qoç, martın 16-da isə yenə Arbatan kənd sakini, Hüseynov Rafael İman oğluna məxsus, hər birinin dəyəri 140 manat olan 3 baş xırdabynuzlu heyvan oğurladığı məlum olub.

Ə.Həsənov oğurluq etdiyi zaman qadın xalatından və gözünün rəngini dəyişmək üçün yaşıl linzadan istifadə edib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]