SON DƏQİQƏ

Kürqırağı Tuqay meşələri TƏHLÜKƏDƏ

Tarix:

18-03-2018, 23:10

/ 11 128 dəfə oxundu.
Kürqırağı Tuqay meşələri TƏHLÜKƏDƏ

Kürqırağı Tuqay meşələri tükənmək üzrədir. Onları bərpa etmək qeyri-mümkün ola bilər. Çünki Kür çayı aşıb-daşmır, xüsusi rejimlə axır. Həmin meşələr hazırda öz yerini yabanı nar və yulğun kollarına verib. Yulğun kollarının da sayı tükənməkdədir. Yabanı nar mədəni formaya salınsa, xidməti qırıntı aparılsa, üzvi gübrələr verilsə, meyvələrindən narşərabın istehsalında istifadə etmək olar. Bundan əlavə, qiymətli dərman bitkisi olan itburnu, yabanı tut plantasiyaları salına bilər. Həmçinin Tuqay meşələrində ekoloji tələblərə cavab verən mebel sənayesinin, o cümlədən qeyri-neft sektorunun inkişafına kömək edə biləcək texniki söyüd növlərini də əkmək olar.

Publika.az xəbər verir ki, bu sözləri meşə təsərrüfatı mühəndisi, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Allahverdi Doluxanov AZƏRTAC-a müsahibəsində deyib.

“Tuqay meşələri daim suvarılmalı, bərpa üçün tarlaqoruyucu zolaqlar çəkilməlidir. Qoruyucu zolaqlar meşənin genetik fonduna aid olan ağac növlərindən əkilməlidir. Tarlaqoruyucu meşə zolaqları torpağın su rejimini normada saxlayır, buxarlanma çox getmir. Qədim meşə fondunda olan ağaclardan çürüyüb qalan kök sistemi oyuqlar yaradır və suvarma zamanı su itkisinə səbəb olur. Torpaq hazırlığı işlərində buna da fikir verilməlidir. Əks təqdirdə əkinlər müvəffəqiyyətsiz olur. Hazırda həmin meşələrdə aidiyyəti olmayan ağaclar əkilir. Əkilən ağaclar ərazinin torpaq və iqlim şəraitinə uyğun olmalıdır”, – deyə mütəxəssis qeyd edib.

A.Doluxanov söyləyib ki, Azərbaycanda dendrologiyanı inkişaf etdirmək üçün kifayət qədər təcrübə sahəsi yoxdur. Bakıətrafı rayonlarda, Kür-Araz ovalığında kənd təsərrüfatına yararlı torpaqlar ayrılmalı, təcrübələr keçirilməlidir. Dünyanın və ölkəmizin bitki örtüyünü orada öyrənmək, onun biologiyasını, aqrotexnikasını, fiziologiyasını bildikdən, genetikasını, seleksiyasını mənimsədikdən sonra regionlara uyğun olan ağac və kol cinslərinin əkilməsini tövsiyə etmək olar. Hər torpaq və iqlim şəraitinin özünəməxsus ağac və kol cinsləri var. Hər ağacın yanında istənilən kolu əkmək olmaz, çünki onun da xüsusi tələbi var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ