SON DƏQİQƏ

DTX-çılar ağac əkdi

Tarix:

17-03-2018, 22:46

/ 10 326 dəfə oxundu.
DTX-çılar ağac əkdi

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları martın 17-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi və Novruz bayramı ərəfəsində Bakı şəhərinin Bilgəh qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçiriblər.

DTX-nın mətbuat xidmətindən Gunaz.az-a verilən xəbərə görə, bir hektar yarım ərazidə şəhər şəraitində əkilib-becərilməsi həm dekorativlik, həm də ekoloji baxımdan məqbul hesab edilən şam, tuya, göyrüş və digər müxtəlif növ, ümumilikdə 400-ə qədər ağac əkilib.

Doğma yurdumuzun füsunkar təbiətinin və təmiz ekoloji mühitinin qorunması və sağlamlaşdırılması işinə töhfə verilməsi istiqamətində DTX-nin əməkdaşları tərəfindən ağcəkmə aksiyaları bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

скачать dle 12.1

Şərhlər