SON DƏQİQƏ
» » Kompüter alarkən diqqətli olun – Ən tez hansı şirkətlərin məhsulları sıradan çıxır?

Kompüter alarkən diqqətli olun – Ən tez hansı şirkətlərin məhsulları sıradan çıxır?

Tarix:

17-03-2018, 21:05

/ 10 436 dəfə oxundu.
Kompüter alarkən diqqətli olun – Ən tez hansı şirkətlərin məhsulları sıradan çıxır?

“Rescuecom” şirkəti servis mərkəzlərinin nümayəndələri ilə söhbətlər nəticəsində əldə olunan məlumatların tədqiqatını apararaq kompüterləri tez sıradan çıxan şirkətləri müəyyənləşdirib.

Gunaz.az-ın məlumatına görə, Birinci yeri 37,3 faiz göstərici ilə “HP” şirkəti tutub. Beləliklə, qeyd edilən istehsalçının qurğularından yararlanan hər üçüncü istifadəçi sistemin işində yaranan problemlərlə rastlaşa bilər. İkinci sırada 22,4 faiz göstərici ilə “Dell” istehsalçısı, üçüncü pillədə isə 7,3 faizlə “Lenovo” şirkəti qərarlaşıb.

 

Sonrakı pillələrdə 5 faiz nəticə ilə “ASUS” və “Acer” (4,9 faiz) istehsalçıları yer alıb.

 

Reytinqdə ən yaxşı istehsalçılar üçlüyünə “Apple”, “Samsung” və “Microsoft” şirkətləri daxildir.

 

Ən etibarlı məhsullar kimi “Microsoft” korporasiyasının “Windows 10” sistemli kompüterləri və “Apple” qurğuları qeyd olunur.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ