SON DƏQİQƏ
» » İlham Əliyevin rəsmi saytının dizaynı dəyişdirilib

İlham Əliyevin rəsmi saytının dizaynı dəyişdirilib

Tarix:

16-03-2018, 17:00

/ 10 232 dəfə oxundu.
İlham Əliyevin rəsmi saytının dizaynı dəyişdirilib

Azərbaycan Respublikası prezidentinin rəsmi saytı olan president.az-ın dizaynında dəyişiklik edilib.

Gunaz.az məlumat verir ki,  saytda “Xəbərlər”, “Sənədlər”, “Azərbaycan”, “Prezident”, “I vitse-prezident”, “Administrasiya”, “Müraciətlər” kimi bölmələr fəaliyyət göstərir.

Sayt üç – Azərbaycan, rus və ingilis dillərində yayımlanır. 

İdarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat katibinin xidməti və Prezident Administrasiyası Strateji araşdırma və planlaşdırma şöbəsi tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası prezidentinin saytında prezident İlham Əliyevin fəaliyyəti, çıxışları, səfərləri, görüşləri və qəbulları barədə məlumatlar yerləşdirilir. 

Qeyd edək ki, bu, saytın dördüncü dizayn yenilənməsidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ