SON DƏQİQƏ
» » "Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək

"Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək

Tarix:

13-03-2018, 18:41

/ 10 271 dəfə oxundu.
"Azərişıq" gücləndirilmiş iş rejimində işləyəcək

Mart ayının 20-dən 27-dək "Azərişıq" ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək.

Qurumdan Gunaz.az-a verilən məlumata görə, bayram günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb, elektrik şəbəkəsinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək.

Bayram tədbirlərinin keçirildiyi günlərdə Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılacaq. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılacaq.

скачать dle 12.1

Şərhlər