SON DƏQİQƏ
» » Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı

Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı

Tarix:

7-03-2018, 16:02

/ 10 579 dəfə oxundu.
Xanım jurnalistlər arasında keçirilən müsabiqənin qalibləri mükafatlandırıldı

Azərbaycan Respublikasının Prezdenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanım jurnalistlər arasında "Azərbaycanın maarifçi qadınları" mövzusunda keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırlıb.
Mükafatlandırılma mərasimində "Kaspi"  Mətbuat və Təhsil mərkəzinin rəhbəri "Kaspi" qəzetininin təsisçisi,Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr Müavini Sona xanım Vəliyeva , Bilik fondunun icracı direktoru Oktay Səmədov və.s iştirak ediblər.
İlk dəfə xanım jurnalistlər arasında keçirilən müsabiqəyə fevralın 8-də yekun vurulub. Bu müddət ərzində Təşkilat komitəsinə 26 yazı daxil olub.

Kaspi" qəzetinin təsisçisi S.Vəliyeva müsabiqəyə iştirak edən xanım jurnalistlərə  minnətdarlığını bildirərək qeyd edibki onların yazıları həm keçmiş , həm də gələcək nəsillər arasında maarifləndirmə körpüsüdür. Müsabiqəyə qatılan hər bir xanım jurnalistin qalib olduğunu diqqətə çatdıran S. Vəliyeva əsas mükafatlara layiq görülənlərin bu qalibiyyəti bütün Azərbaycan xanımlarına həsr etdiyini deyib. "Kaspi" qəzetinin təsisçisi müsabiqəyə daxil olan yazılardan ibarət toplunun Bilik Fondu tərəfindən nəşr olunduğunu xatırladıb. Tədbirdə çıxış edənlər bildiriblər ki, belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar.

"Azərbaycanın maarifçi qadınları" toplusunda akademik Zərifə Əlyeva, şərqşünas alim Aida İmanquliyeva, Pəri Topçubaşova, Hənifə Məlikova və digər tanınmış xanımlar barəsində maraqlı yazılar əksini tapıb.

 

Fəridə Qafarova

скачать dle 12.1

Şərhlər