SON DƏQİQƏ

Dünyanın ən bahalı ətirləri - SİYAHI

Tarix:

7-03-2018, 15:00

/ 10 496 dəfə oxundu.
Dünyanın ən bahalı ətirləri - SİYAHI

Qoxusuna heyran olduğumuz ətirləri ala bilmək üçün bəzən yüksək məbləğ ödəyirik. Gunaz.az baha qiymətinə rəğmən, uzun illərdir ən çox satılan ətirlər arasında olan klassikləşmiş ətirləri sizə təqdim edir.

Chanel 5 

Satışa çıxarıldığı hər malı ilə dünyada nömrə bir olaraq göstərilən Chanel markasının bu ətri 1921-ci ildə hazırlanıb. İstehsalçıları tərəfindən sirr kimi saxlanan ətir, çiyələk qoxusu olaraq tanımlanır. 100 ml ətir 23400 dollardır.

Shalini 

Maurice Roucel tərəfindən istehsal edilən bu ətir vanil, sünbül və sandal ağacı qoxularının birləşməsindən ibarətdir. Qiyməti 900 dollardır.

Caron's Poivre

Möhtəşəm şüşəsi tamamilə qızılla işlənib. Təxminən 1000 dollara satılır.

Bolt of Lightning 

Əl işi şüşəsi ilə diqqət çəkən bu ətir 4 qoxunun birləşməsindən yaranır. Parisdə yalnız 2 ətir dükanında satılır. Qiyməti 600-825 dollar arasındadır.

Joy Perfume by Jean Patou & Henri Alméras 

Dünyanın ən tünd çiçək qoxusu olaraq tanınan bu ətrin sadəcə 30 millisi 800 dollara satılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ