SON DƏQİQƏ

Hava temperaturu aşağı enəcək - XƏBƏRDARLIQ

Tarix:

7-03-2018, 13:39

/ 10 292 dəfə oxundu.
Hava temperaturu aşağı enəcək - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Bu barədə Gunaz.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. 

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. 

Çaylarda sululuğun artacağı ehtimal olunur.

скачать dle 12.1

Şərhlər