SON DƏQİQƏ
» » Deyirlər 20 dərəcə isti olacaq- UNUTMAYIN Kİ, MART AYIDIR

Deyirlər 20 dərəcə isti olacaq- UNUTMAYIN Kİ, MART AYIDIR

Tarix:

4-03-2018, 09:49

/ 10 359 dəfə oxundu.
Deyirlər 20 dərəcə isti olacaq- UNUTMAYIN Kİ, MART AYIDIR

Bu gün Azərbaycanda havanın temperaturu daha 4-6 dərəcə yüksələcək.

Gunaz.az trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda mülayim, yağmursuz hava şəraiti müşahidə ediləcək, cənub-qərb küləyi üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 11-16, Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.

G.Məmmədova gözlənilən temperaturun mart üçün xarakterik olduğunu, əvvəlki illərin mart ayında bundan da yüksək temperaturların qeydə alındığını söyləyib.

Qeyd dək ki, ETSN bu gün havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 9-14, bəzi yerlərdə hətta 18, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti isti olacağı barədə proqnoz verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ