SON DƏQİQƏ
» » Baş nazirin müavini dispanserdə baş vermiş faciədən danışdı

Baş nazirin müavini dispanserdə baş vermiş faciədən danışdı

Tarix:

3-03-2018, 23:40

/ 10 332 dəfə oxundu.
Baş nazirin müavini dispanserdə baş vermiş faciədən danışdı

Belə xəstələrin özlərini sakit aparmaları üçün müəyyən iynələr vurulur, ona görə də belə şiddətli yanğında otuz nəfəri xilas etmək çətinliklə mümkün olub. 

Gunaz.az xəbər verir ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri, baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bəzi xoşagəlməz məlumatlar yayılır ki, guya xəstələr çarpayılara bağlı olublar:

“Bütün bunların hamısı əsassız fikirlərdir. Burada xəstələrin çarpayılara bağlanmasından və ya başqa belə məsələlərdən söhbət gedə bilməz”. 

Xatırladaq ki, ötən gün Respublika Narkoloji Dispanserində güclü yanğın hadisəsi baş verib. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ