SON DƏQİQƏ
» » Bakıda ekologiyanı çirkləndirənlər cərimələndi – FOTO

Bakıda ekologiyanı çirkləndirənlər cərimələndi – FOTO

Tarix:

2-03-2018, 21:46

/ 10 346 dəfə oxundu.
Bakıda ekologiyanı çirkləndirənlər cərimələndi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

Nazirlikdən verilən məlumata görə, reyd zamanı Nizami rayonu, İ.Nəsimi küçəsi 8 ünvanında istehsalat və məişət tullantılarının qalaqlanması, mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmaması və yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı sözügedən ünvanda “Gündüz-AS” MTK tərəfindən hündürmərtəbəli binanın tikildiyi, tikinti zamanı yaranan istehsalat və məişət tullantılarının əraziyə atılaraq qalaqlandığı və yandırıldığı müəyyən olunub.

Faktla bağlı MTK-nın direktoru Zakir Bəkirov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində inzibati qaydada 2500 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün MTK-nın direktoruna icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reyd zamanı Nərimanov rayonu, Ə.Əliyev küçəsi 34 ünvanında yerləşən köhnə əlvan metal qəbulu zavodunun ərazisində də sənaye tullantılarının qalaqlanaraq yandırılması faktı aşkar edilib.

Araşdırma zamanı tullantıların fiziki şəxs Fərahim Nəsibov tərəfindən toplanaraq yandırıldığı müəyyən olunub. Faktla bağlı qanunpozucusu barəsində protokol tərtib edilib və o, 300 manat məbləğində cərimə olunub.

 

Bakıda ekologiyanı çirkləndirənlər cərimələndi – FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ