SON DƏQİQƏ
» » Rusiya Dumasının sədri azərbaycanlı həmkarına başsağlığı verdi

Rusiya Dumasının sədri azərbaycanlı həmkarına başsağlığı verdi

Tarix:

2-03-2018, 19:49

/ 10 321 dəfə oxundu.
Rusiya Dumasının sədri azərbaycanlı həmkarına başsağlığı verdi

Bu gün Bakı şəhərinin Xətai rayonundakı Narkoloji Mərkəzdə baş verən faciəvi yanğınla əlaqədar qonşu və dost dövlətlər Azərbaycan xalqına və prezidentinə başsağlığı diləyiblər.

Gunaz.az xəbər verir ki, şimal qonşumuz Rusiyanın Dövlət Dumasının rəsmi internet səhifəsində də başsağlığı məktubu dərc edilib. Məktuba əsasən, Dumanın sədri Vyaçeslav Volodin baş verən faciə ilə bağlı Azərbaycan Parlamentinin sədri Oqtay Əsədova başsağlığı verib.
“Rusiya Dövlət Dumasının deputatları və şəxsən öz adımdan Narkoloji Mərkəzdə insan ölümü ilə nəticələnən yanğınla əlaqədar dərin hüznümü çatdırıram. Ölənlərin yaxınlarına başsağlığımızı çatdırmağınızı xahiş edir, yaralıların tez bir zamanda sağalmasını arzulayırıq”, - deyə başsağlığı mesajında bildirilir.
Rusiya Federal Məclisinin sədri Valentina Matviyenko da O. Əsədova başsağlığı verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ