SON DƏQİQƏ

Rusiya prezidentindən başsağlığı

Tarix:

2-03-2018, 15:29

/ 10 277 dəfə oxundu.
Rusiya prezidentindən başsağlığı

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Gunaz.az xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli İlham Heydər oğlu, Bakıda Respublika Narkolji Mərkəzində baş vermiş yanğının faciəci nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin".

Vladimir Putin həlak olanların ailə üzvlərinin dərdinə şərik olduğunu bildirib, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, martın 2-də saat 06.10-da beş korpusdan ibarət Respublika Narkoloji Mərkəzinin bir korpusunda yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib. Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub. Operativ surətdə həyata keçirilən tədbirlərlə korpusda olan 55 nəfərdən 30-u xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib. Yanğın saat 08:30-da söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 25 nəfərin cəsədi aşkar edilib.

Fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İlkin araşdırmaların nəticələrinə görə yanğın binanın elektrik şəbəkəsində yaranan nasazlıq səbəbindən baş verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ