SON DƏQİQƏ

Telekanallar yanğına biganə qalmadı

Tarix:

2-03-2018, 15:20

/ 10 379 dəfə oxundu.
Telekanallar yanğına biganə qalmadı

Martın 2-də Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində yanğın zamanı 25 nəfərin ölümü ilə əlaqədar Azərbaycanda radio və televiziyalar əyləncəli verilişlərin yayımını dayandırıb.

Azad Azərbaycan Teleradio Yayım Şirkətinin İctimai-siyasi verilişlər departamentinin rəhbəri Vaqif Aydınoğlu Gunaz.az -a açıqlamasında bildirib ki, yanğın xəbərini eşidən kimi kanalın proqramında dəyişiklik edilib:

“Bunu ilk biz etdik. Proqramdan musiqili verilişlər çıxarıldı. Həmçinin, radioda da (106.0 və 106.3 FM) templi musiqilərin yayımı dayandırıldı”.

ARB TV-nin strateji inkişaf marketinq və media direktoru İsmayıl Həsənov qeyd edib ki, ARB-dəki əyləncəli verilişlər artıq dayandırılıb:

“Sayqa ilə bu axşam” və “Qaymaq” yumoristik verilişi efirdən çıxarıldı”.

Qeyd olunan kanallarla yanaşı "Space" Müstəqil Televiziya və Radio Şirkəti də özünün efir siyasətində dəyişiklik edərək bütün əyləncəli proqramlardan imtina edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ