SON DƏQİQƏ
» » Bu ölkələrdə “Vəhhabilik” məzhəbi yayılmalı və möhkəmlənməli idi

Bu ölkələrdə “Vəhhabilik” məzhəbi yayılmalı və möhkəmlənməli idi

Tarix:

20-02-2018, 23:28

/ 1 982 dəfə oxundu.
Bu ölkələrdə “Vəhhabilik” məzhəbi yayılmalı və möhkəmlənməli idi


Milliyyətcə ərəb olan və Əmir Xəttab adı ilə tanınan Samir Salin Abdullah Suvailem 1970-2002-ci illər arasında yaşayıb. Əmir Xəttab ingilis dilini mükəmməl bildiyindən Amerikada litsey təhsili alırdı. 1987-ci ildə Əfqanıstanda ruslara qarşı müharibə başlanarkən ora gəlmişdi. Demək olar ki, təhsilini başa vurduqdan sonra cəbhəyə yollandı.
Ümumiyyətlə, Əmir Xəttab Səudiyyə Ərəbistanının və qərbin hazırladığı adam idi. O, Əfqanıstana, Tacikistana və Çeçenistana özbaşına gəlməmişdi. Bu ölkələrdə “Vəhhabilik” məzhəbi yayılmalı və möhkəmlənməli idi. Əmir Xəttab 1988-1993-cü illərdə Əfqanıstanda, 1993-1995-ci illərdə Tacikistanda və 1995-2002-ci illərdə isə Çeçenistanda bir kəşfiyyatçı kimi fəaliyyət göstərdi.
Məqalənin başlığında vurğuladığım kimi, əsas söhbət Çeçenistandan və çeçenlərdən gedir. Çeçenistan müsəlman ölkəsi idi. Çeçenlər Şafei məzhəbinə, Sufi qollarından olan Nəqşibənd və Qadiriyyə təriqətlərinə bağlıdırlar. Səudiyyə Ərəbistanının və qərbin ən əsas istəyi bu idi ki, çeçenlər öz ənənəvi məzhəblərindən ayrılsınlar və İslam dininə yad bir ideologiyanın təsiri altına düşsünlər. Belə də oldu. Əmir Xəttab 1995-ci ilin baharında 8 nəfər mücahid yoldaşı ilə Əfqanıstandan Çeçenistana yollandı. Onlar təbii ki, özlərini çeçenlərə din qardaşı kimi göstərərək tanıtdırmışdılar. Çeçenlər də saf və comərd olduqlarından onların bu hiyləsini anlamadılar. Ancaq Çeçenistanın ilk Prezidenti Cövhər Dudayevin vaxtında bu ideologiyanın yayılması, demək olardı ki, mümkün deyildi. Çünki, Cövhər Dudayev bu yurdda əsl İslam dinini möhkəmləndirmək istəyirdi. Ona görə də Cövhər Dudayevin öldürülməsi bu ideologiyanın burada yayılmasına birbaşa yol açırdı. Amerikanın verdiyi telefonu işlədən Cövhər Dudayev bu vasitəsilə rusların tələsinə düşdü. Çünki, Amerika bu telefon vasitəsilə Cövhər Dudayevin koordinatlarını öyrənmiş və bunu Rusiyaya ötürmüşdü. Ruslar da raketlə Cövhər Dudayevi vurub öldürdülər. Bundan sonra Əmir Xəttab və yoldaşları əvvəl çeçenlərə dini, sonra isə hərbi təlimlər keçməyə başladılar. Qısa zaman içərisində Çeçenistanda Vəhhabilik yayıldı.
Əmir Xəttab Çeçenistanda olduğu müddət ərzində həmişə Səudiyyədən göstərişlər, məktublar alır və verilən əmrlərə əsasən, o, hərəkət edirdi. O, ruslara qarşı neçə dəfə əməliyyatlar keçirdi və ruslar çox ciddi zərbələr aldılar.
Beynəlxalq axtarışda olan terrorçu və əqidəcə vəhhabi olan Əmir Xəttab artıq öz vəzifəsini yerinə yetirmişdi və onu aradan götürmək lazım idi. Çünki, onun sağ qalması və ələ keçməsi, bütün kəşfiyyat sirrlərinin ələ keçməsi demək idi. Uzun sürən axtarışlardan sonra əlaqədə olduğu yoldaşlarından birinin təhlükəsizlik orqanlarına sızdırdığı informasiya nəticəsində öldürülüb. Terrorçu kənar şəxslərlə məktub vasitəsilə əlaqə qururdu. Məktubları isə kuryerlər aparıb-gətirirdi. Tez-tez yerini və onunla əlaqəli şəxslərin yerini dəyişməsi axtarışları olduqca çətinləşdirirdi. Xüsusi xidmət orqanları qərara gəldilər ki, axtarışlara kömək edən şəxslərə mükafat ayırsınlar. Xəttabın dəqiq yerini bildirəcək adama külli miqdarda pul mükafatı ayrıldı. Onunla əlaqəli olan kuryerlerden biri elanı görüb və əməkdaşlıq etməyə razılıq verib. Bundan sonra kuryer, xüsusi xidmət orqanlarına, Xəttabın Səudiyyə Ərəbistanından məktub gözlədiyini xəbər verir. Moskvadan xüsusi olaraq bu iş üçün çağrılmış kimyaçı-mütəxəssis gözlənilən məktubun üzərinə güclü zəhərli maddə vurur və kuryerlə göndərir. Həmin kuryer Xattabın ölüm xəbəri gələnə qədər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılır. Kuryer bildirir ki, Xattabın özü yox, mühafizəçisi məktubu açıb oxuduqdan sonra, ocağın üstünə ataraq yandırıb. Zəhər 3 gündən sonra təsirini göstərməyə başlayıb. Məktub yandırıldığı üçün, zəhərli hava içəridə olan 5 nəfərin zəhərlənib ölməsinə səbəb olub. Terrorçu Xattab və digər 4 nəfər mühafizəçisi 2002-ci il mart ayının 20-də zəhərli məktub vasitəsilə öldürülüb. Terrorçunun əsl ölüm xəbəri illər sonra açıq şəkildə bəyan edilib. Daha əvvəllə isə onun, qida zəhərlənməsindən öldüyü bildirilirdi.
İndiki dövrümüzdədə Azərbaycan , Gürcüstan , Dağıstan və Çeçenistanda yaşayan vəhhabi əqidəli adamların sosial şəbəkələrdə öz profillərinə terrorçu və vəhhabi adlandırdığımız həmin bu kəşfiyyatçı Əmir Xəttabın şəkillərini qoymaqlarına rast gəlirik.
Ərtoğrul Mehdizadə

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ