SON DƏQİQƏ
» » Daha bir nəfər prezidentliyə namizədliyini verdi

Daha bir nəfər prezidentliyə namizədliyini verdi

Tarix:

19-02-2018, 20:59

/ 1 252 dəfə oxundu.
Daha bir nəfər prezidentliyə namizədliyini verdi

11 aprel tarixində keçiriləcək prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı rəsmən 6 nəfər olub.

Gunaz.az xəbər verir ki, prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyi MSK tərəfindən təsdiqlənib.

MSK-nın qərarında bildirilir ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən edib.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 53-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ