SON DƏQİQƏ
» » Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb

Tarix:

14-02-2018, 22:15

/ 1 035 dəfə oxundu.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Gunaz.az xəbər verir ki, Fərmana əsasən “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və “Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” təsdiq edilib. Agentliyin yaradılmasında məqsəd muxtar respublikanın avtomobil yolları sahəsində idarəetməni daha da təkmilləşdirmək və həyata keçirilən işlərin səmərəliliyini artırmaqdır.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ