SON DƏQİQƏ
» » MSK növbədənkənar prezident seçkilərinin vaxtını təyin etdi

MSK növbədənkənar prezident seçkilərinin vaxtını təyin etdi

Tarix:

6-02-2018, 15:56

/ 1 164 dəfə oxundu.
MSK növbədənkənar prezident seçkilərinin vaxtını təyin etdi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib.

Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Seçki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ