SON DƏQİQƏ
» » Əflatun Amaşov: ““Reket jurnalistika”dan əziyyət çəkirik”

Əflatun Amaşov: ““Reket jurnalistika”dan əziyyət çəkirik”

Tarix:

1-02-2018, 22:52

/ 2 177 dəfə oxundu.
Əflatun Amaşov: ““Reket jurnalistika”dan əziyyət çəkirik”

Bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc əldə edirlər. Kimlərdənsə dəstək alırlar. Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. "Reket jurnalistika”dan əziyyət çəkirik”.
Gunaz.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçrilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. Deputat bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir:
"Bununla medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Nəticədə medianın adından sui-istifadə halları azalar. Medianın özü də bunda maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər”.
скачать dle 12.1

Şərhlər