SON DƏQİQƏ

Bu balığı ovlayanlar 2 min manat cərimələnir

Tarix:

1-02-2018, 18:54

/ 1 112 dəfə oxundu.
Bu balığı ovlayanlar 2 min manat cərimələnir

Bir çox təbiət canlısı nəsli tükənmək təhlükəsi olduğu üçün “Qırmızı kitab”a salınıb və ölkə faunasına, florasına vurulan istənilən zərərə görə cərimə nəzərdə tutulub. Cərimələrin məbləği isə heyvan cinsinin nəslinin kəsilməsi təhlükəsinə əsasən müəyyən edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, bir ədəd Kələmonun (qaya balığı) qanunsuz ovlanmasına görə yüksək məbləğdə cərimə ödənməlidir.

Kələmo balığı nərəkimilərə aid olmaqla Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Növündən asılı olmayaraq, “Qırmızı kitab”a daxil edilən bir ədəd balıq qanunsuz ovlandığı halda, Nazirlər Kabinetinin 146 saylı, 06.09.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, balıq ehtiyatlarına dəymiş ziyan 275 manat təşkil edir.

Ovlayan barəsində isə İnzibati Xətalar Məcəlləsinin 272-ci maddəsinin tələblərinə əsasən, 2 min manata qədər cərimə tətbiq edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ